69-cu gün: Ukrayna Rusiyanın itkilərini yenilədi

69-cu gün: Ukrayna Rusiyanın itkilərini yenilədi

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusu ümumilikdə 23 min 800 əsgər itirib, 194 təyyarə, 155 helikopter, 1 048 tank, 2 519 zirehli texnika, 459 artilleriya, 152 reaktiv yaylım atəş sistemi və 80 hava hücumundan müdafiə sistemi məhv edilib.

Bundan başqa itkilərinin açıqlandığı məlumatda qeyd olunub ki, hücum edən tərəf, həmçinin 1 824 texnika, 8 gəmi və yüngül sürət qayığı, 76 yanacaq daşıyan maşın və 271 pilotsuz uçuş aparatı itirib.

Ukrayna Rusiya ordusunun son 24 saatda daha 300 əsgər itirdiyini açıqlayıb.