Müharibənin 70-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri barədə məlumatı yeniləyib.
NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 146 təyyarəsi, 112 helikopteri, 706 PUA-sı, 287 zenit-raket kompleksi, 2 807 tank və digər zirehli texnikası, 321 reaktiv yaylım atəş sistemi, 1 279 artilleriya və minaatanı, 2 609 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.












