Ukrayna müharibənin 71-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
NOCOMMENT yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.
Bildirilib ki, Rusiya indiyə qədər 24 700 hərbçi, 1 092 ədəd tank, 2 651 ədəd zirehli döyüş maşını, 499 ədəd artilleriya sistemi, 169 ədəd reaktiv yaylım atəş sistemi, 83 hava hücumundan müdafiə sistemi, 196 ədəd hərbi təyyarə, 155 ədəd helikopter, 1 907 ədəd avtomobil texnikası, 10 ədəd gəmi/kater, 76 ədəd yanacaq sisterni, 312 ədəd PUA, 38 ədəd xüsusi texnika, 89 qanadlı raket itirib.












