F16-larla bağlı danışıqlar yaxşı gedir. Ancaq bu, uzun, mürəkkəb və texniki bir prosesdir. Biz bunun üzərində işləyirik.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk deyib.
“Türkiyənin bu tələbini müsbət bir inkişaf olaraq görürük və Bayden rəhbərliyi prosesi dəstəkləməkdə qərarlıdır. Açığı, biz qarşılıqlı fəaliyyətin son dərəcə vacib olduğunu bilirik”, – deyə Fleyk bildirib.
Səfir qeyd edib ki, F-35 döyüş təyyarələri üçün Türkiyənin ABŞ-a etdiyi ödənişə görə təzminat məsələsi çox mürəkkəb bir prosesdir: “Amma hüquqşünaslar və mühasiblər hər gün bu məsələ üzərində işləyirlər. Biz bunun öhdəsindən gələcəyik”.












