Anasını baltalayaraq öldürən şəxs saxlanıldı – FOTOLAR

Anasını baltalayaraq öldürən şəxs saxlanıldı – FOTOLAR

Xaçmazda yol patrul xidmətinin əməkdaşları anasını öldürməkdə şübhəli bilinən şəxsi saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan NOCOMMENT.az-a bildirilib ki, yanvarın 13-də Xaçmaz rayonunun Əzizli kəndində  Səmən Sultanova qətlə yetirilmiş və aparılan araşdırmalar zamanı hadisənin onun oğlu, ruhi xəstə Ramiz Sultanov tərəfindən törədilməsinə əsaslı şübhələr yaranmışdır. Lakin, R.Sultanov hadisəni törətdikdən sonra oradan qaçaraq gizlənmişdir.  Yanvarın 29-da  Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən R.Sultanov avtomobildə hərəkətdə olan zaman  nəzarət yoxlama qaydasında  saxlanılıb və RPŞ-yə gətirilib.

Faktla bağlı araşdırma aparılır.