Antalyada ATIŞMA: Ölən və yaralananlar var

Antalyada ATIŞMA: Ölən və yaralananlar var

Türkiyənin Antalya şəhərinin Manavqat rayonunda polislə naməlum şəxslər arasında atışma olub.

NOCOMMENT türk mediasına istinadən xəbər verir ki, polisin “dayan” əmrinə tabe olmayan naməlum şəxslər avtomobildən atış açaraq 2 polisi ayağından yaralayıb.

Məlumata görə, baş verən atışmada bir şübhəli hadisə yerində ölüb, 3-ü isə yaxalanıb.

Bildirilib ki, yaralanan polislər xəstəxanaya qaldırılıb. Onların həyati təhlükəsi yoxdur.

Faktla bağlı araşdırma aparılır.