Ayasofyada 86 ildən sonra ilk namaz qılınır – CANLI YAYIM

Ayasofyada 86 ildən sonra ilk namaz qılınır – CANLI YAYIM

NOCOMMENT Türkiyədə İstanbulun Ayasofya məscidində 86 ildən sonra qılınan ilk namazı CANLI təqdim edir…

Qeyd edək ki, tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək. 

Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı.

Xatırladaq ki, iyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb. 86 ildən sonra Ayasofya yenidən məscid kimi möminlərin ixtiyarına verilib.