Fevralın 8-də Tərtər rayonu istiqamətində mina partlaması nəticəsində Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu Duniyev Kamil Əlibala oğlu, Əhmədzadə Həsən Alik oğlu, Orucov Elşad Lətif oğlu, Ağayev Məhərrəm Oktay oğlu xəsarət alıb.
Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyindən məlumat verilib.
İlkin tibbi yardım göstərildikdən sonra yaralılar hospitala təxliyə ediliblər. N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib
Hazırda hərbi qulluqçular həkimlərin tam nəzarəti altındadır. Vəziyyətləri stabildir, həyatları üçün təhlükə yoxdur.












