“Suriya İsrail və Hizbullahın müharibə apardığı Livana hərbi müdaxilə etmək istəmir”.
Bu barədə Suriya prezidenti Əhməd Əl Şaraa bildirib. Suriya dövlət başçısı “Əl-Məşhəd” televiziya kanalında yayımlanan müsahibəsində bildirib:
“Biz Livan və Suriya arasında hərbi kanallar yox, iqtisadi kanallar axtarırıq”.
Qeyd edək ki, ABŞ lideri Donald Tramp “Fox News”a verdiyi açıqlamada İsrailin Hizbullahı məğlub edə bilməməsindən məyus olduğunu bildirirərək bəyan edib: “Mən onu Suriyaya təhvil vermək üzrəyəm. Əgər İsrail hamını öldürmədən işi görə bilmirsə, cənab Əl-Şaraa bunu edəcək” ./Bakıvaxtı.az/











