Azərbaycan Milli Məclisinin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun İrəvanda iştirak etdiyi Avronest Parlament Assambleyasının komitə iclası başlayıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Azərbaycan nümayəndə heyəti təhlükəsizlik əməkdaşının müşayiətilə İrəvan İdman-Konsert Kompleksinə gəlib. Həmin anın görüntüləri Ermənistan mediasına yayılıb.
Qeyd edək ki, ötən gün deputatlarımız Avronest Parlament Assambleyasının büro və komitələrinin iclaslarında iştirak etmək üçün Ermənistanın paytaxtı İrəvana gediblər.












