Bağçalıya vaksinin ikinci dozası da vuruldu

Bağçalıya vaksinin ikinci dozası da vuruldu

Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı koronavirus peyvəndinin ikinci dozasını vurdurub.

NOCOMMENT xəbər verir ki, bu barədə o, tvitter səhifəsində məlumat yayıb.

“Səhiyyə nazirimiz Fəxrəddin Qoca tərəfindən planlaşdırıldığı kimi, “COVİD-19” virusuna qarşı peyvəndin ikinci dozasını vurdurdum. Ümid edirəm ki, yaxın gələcəkdə maskadan, məsafədən və təmizliyə diqqət yetirərək bu epidemiyadan qurtulacağıq”, – deyə partiya lideri bildirib.

Qeyd edək ki, D.Bağçalıya vaksinin ilk dozası yanvarın 15-də tətbiq olunmuşdu.