Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Xarkov şəhərində öldürüldüyü iddia olunub.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Readovka” teleqram kanalı yayıb. Kanal iddia edib ki, bu, bir neçə gün əvvəl Rusiya hərbçilərinin endirdiyi zərbə nəticəsində baş verib.
A.Avakov isə sosial şəbəkə hesabında video paylaşaraq iddiaları təkzib edib.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, Arsen Avakov 1964-cü ildə Bakıda anadan olub və milliyyətcə ermənidir. O, 2014-2021-ci illərdə Ukraynanın daxili işlər naziri olub.












