“Azərbaycan Ermənistanın onları Naxçıvanla birləşdirən kommunikasiya vasitələrinin açılması təklifindən imtina edib”.
NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“İlham Əliyev Ermənistanın 2021-ci ilin dekabrında İrəvanın Azərbaycan tərəfinə verdiyi yeni kommunikasiyaların tikintisi ilə bağlı təkliflərini rədd edib. Biz bu mövzuda yeni təkliflər təqdim etməyə hazırlaşırıq”, – deyə o bildirib.










