Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Bolnisi rayonunda təcili tibbi yardım xidmətinin 5 işçisi koronavirusa yoluxub.
NOCOMMENT.az gürcü mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. Hazırkı mərhələdə tibb işçilərinin yoluxma mənbəyi məlum deyil. Onların təmasda olduğu bütün şəxslər özünütəcrid rejimindədirlər.












