Rusiyanın Solneçnoqorsk şəhərində baş tutan yığıncaqda gənclərin mefedron qəbul etməsi nəticəsində iki nəfər həyatını itirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-a təcili yardım xidmətindən bildiriblər.
"İlkin məlumata görə, mefedronla kəskin zəhərlənmə nəticəsində iki nəfər həyatını itirib, daha altı nəfər isə xəstəxanaya yerləşdirilib", - deyə qurumdan bildirilib.
Moskva vilayəti üzrə prokurorluğun mətbuat xidməti vurğulayıb ki, iki yeniyetmə təcili yardım briqadası hadisə yerinə çatmazdan əvvəl vəfat edib.
"Baş vermiş insidentin bütün təfərrüatının araşdırılması Solneçnoqorsk şəhər prokurorluğunun nəzarəti altındadır. Zəhərlənməyə səbəb olan amillərlə bağlı yekun qərar istintaqöncəsi yoxlamalardan və məhkəmə-tibbi ekspertizanın rəyindən sonra elan ediləcək", - deyə xidmətdən bildirilib.
Hüquq-mühafizə orqanlarından bildirilib ki, gənclər məclisdə spirtli içki qəbul ediblər. Daha sonra naməlum şəxs onlara ağ rəngli toz təklif edib, onu qəbul etdikdən sonra özlərini pis hiss ediblər. Hadisə yerinə baxış zamanı içərisində naməlum maddə olan bükümlər müsadirə edilib və laborator ekspertizasına göndərilib./Oxu.Az/











