İyunun 27-si saat 15:00-a olan faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, hazırda ölkənin müxtəlif bölgələrində yağıntılı hava şəraiti müşahidə olunur. Bəzi ərazilərdə yağış intensiv və leysan xarakterlidir.
Məlumata əsasən, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gəncə, Goranboy, Naftalan, Gədəbəy, Daşkəsən, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Kəlbəcər, Qusar, Şahdağ, Tərtər, İmişli, Kürdəmir, Sabirabad və Neftçala rayonlarında arabir şimşək çaxır, yağış yağır.











