Müğənni var ki, bir mahnı oxuyub, amma... - Əməkdar artist

Müğənni var ki, bir mahnı oxuyub, amma... - Əməkdar artist

"Hansı sahədə çalışırsan çalış, insanın irəli getməsində şans da olmalıdır".

NOCOMMENT.az xəbər verir ki, bunu Əməkdar artist Zakir Əliyev "Günə uğurla" proqramında deyib.

Onun sözlərinə görə, elə müğənni var ki, bir mahnı oxuyub, amma şans üzünə gülüb:

"Bəxti gətirib, populyardır, məshurdur. Baxırsan, tamaşaçılar ondan ötrü özünü oldürür. Müğənni də var ki, ömür boyu oxuyur, özü də gözəl oxuyur, saysız-hesabsız mahnı ifa edib, amma şans qapısı üzünə açılmayıb".