Gürcüstanın Baş Naziri Giorgi Qaxariya məktəblərin açılacağı tarixi açıqladı.
NOCOMMENT.az xəbər verir ki, onun sözlərinə görə qonşu ölkədə sentyabrın 15-də bütün məktəblər açılacaq.
Baş nazir ölkədə uşaq bağçalarının açılmasını oktyabrın 1-nə nəzərdə tutulduğunu qeyd edib.
O açıqlamasında sentyabrın 15-dən muzey və teatrların fəaliyyətini bərpa edəcəyini də bildirib.












