Cahangir Əsgərovun şirkəti Ermənistana pul ÖDƏYİB

Cahangir Əsgərovun şirkəti Ermənistana pul ÖDƏYİB

Azərbaycanın milli aviadaşıyıcısı AZAL şirkəti Ermənistana aeronaviqasiya xidmətlərinə görə təqribən 32 min avro vəsait ödəyib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, Ermənistan Mülki Aviasiya Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Ötən il oktyabrın 6-dan Cahangir Əsgərovun rəhbəri olduğu Azərbaycan Hava Yolları – (AZAL) Bakıdan Naxçıvana sərnişin reysləri üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

Məlumatda bildirilir ki, 2021-ci il oktyabrın 6-dan 31 dekabr 2021-ci il tarixinədək “Armaeronavigation” tərəfindən aeronaviqasiya xidmətlərinin göstərilməsinin müqabilində AZAL-a şirkəti mərkəzi ofis vasitəsilə EUROCONTROL beynəlxalq təşkilatının marşrut haqları üçün 31 901,77 avro ödəyib.

Ermənistan KİV-i iddia edib ki, Zəngəzur bölgəsində Goruis-Qafan magistral yolu ilə keçən İran yük maşınlarından Azərbaycan ayda təxminən 17 min avro alır.

“Bir çox hallarda bu məbləğ erməni idxalçılar tərəfindən kompensasiya edilir”, – deyə agentlik bildirib.