Dağıstanın cənubuna raket düşüb

Dağıstanın cənubuna raket düşüb

Dağıstanın Aqul rayonuna naməlum bir raket düşərək partlayıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, raket Çıraq kəndindən təxminən 10 kilometr aralıda düşüb.

Yerli sakinlərin verdiyi məlumata görə, partlayış dalğası evləri silkələyib. Partlayış nəticəsində 15-20 metr diametrində bir quyu əmələ gəlib. Yayımlanan görüntülərdən təxminən iki metr dərinlikdə çuxurun ortaya çıxması məlum olub.

Hazırda baş verənlərlə bağlı rəsmi bir şərh yoxdur.

Qeyd edək ki, Aqul rayonu Dağıstanın cənubunda yerləşir. Onun ərazisində 10 mindən çox sakin yaşayır.