Dağlıq Qarabağda daha 4 erməni koronavirusa yoluxdu

Dağlıq Qarabağda daha 4 erməni koronavirusa yoluxdu

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçıların 4 “polisi” koronavirusa yoluxub.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, Qarabağda ermənilər arasında ilk yoluxma aprelin 7-də qeydə alınıb. Aprelin 9-da daha 2 nəfər virusa yoluxub. Ümumilikdə Azərbaycanın işğal altında olan torpaqlarında virusa yoluxanların sayı 7-yə çatıb.