Ukraynada gedən döyüşlərdə daha bir azərbaycanlı hərbçi həlak olub.
NOCOMMENT axar-a istinadən xəbər verir ki, bu barədə “Birlik” Odessa Azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu özünün rəsmi feysbuk səhifəsində məlumat yayıb.
“Səid Vasif oğlu Hüseynov könüllü şəkildə Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşlərə qatılıb və Nikolayev istiqamətində gedən döyüşlərdə həlak olub”, – deyə məlumatda bildirilib.













