Azərbaycan və Ermənistan arasında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə növbəti dəfə hərbi əsirlərin mübadiləsi həyata keçirilib.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin rəhbəri general-leytenant Rüstəm Muradov bu barədə məlumat verib.
Məlumata əsasən, Rusiya təyyarəsi ilə Bakıya bir nəfər hərbi əsir gətirilib, İrəvana isə beş nəfər qaytarılıb.












