Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda Avronest Parlament Assambleyasının komitə iclasları keçiriləcək.
Bu barədə NOCOMMENT-ə Milli Məclisdən məlumat verilib.
Tədbirlərdə Milli Məclisin deputatları, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.












