Düşmən Tərtəri yenidən atəşə tutub

Düşmən Tərtəri yenidən atəşə tutub

Cəbhədə şiddətli döyüşlər davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat yayıb.

Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun ərazisini yenidən atəşə tutur, dinc sakinləri hədəf alır.

Oktyabrın 10-da səhər saatlarından başlayaraq düşmən Tərtər şəhərini və ətraf kəndlərini artilleriya atəşinə tutur. Nəticədə mülki evlərə ziyan dəyib.

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür, döyüşlər davam edir.