Düşmən xeyli itki verib: Ağdərədə yerləşən qərargaha zərbə endirilib

Düşmən xeyli itki verib: Ağdərədə yerləşən qərargaha zərbə endirilib

Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.

Bu barədə NOCOMMENT-ə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

“Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib”, – deyə nazirlikdən bildirilib.