Düşmənin atdığı mərmi Bərdədə həyətyanı sahəyə düşdü

Düşmənin atdığı mərmi Bərdədə həyətyanı sahəyə düşdü

Ermənistan silahlı qüvvələri Azərbaycanın dinc əhalisini hədəfə almaqda davam edir.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat paylaşıb.

Sentyabrın 30-da günorta saatlarında düşmən Bərdə rayonunun Xanərəb kəndini də artilleriya atəşinə tutub.

Düşmənin atdığı top mərmilərindən üçü kənd sakini Adışirin Məmmədovun həyətyanı sahəsinə düşüb. Nəticədə 2 inək tələf olub, 1-i yaralanıb. Həmçinin ev quşları da tələf olub.