Əlcəzair səfiri Biləsuvarda – Pambıq yığımına qatıldı – FOTO

Əlcəzair səfiri Biləsuvarda – Pambıq yığımına qatıldı – FOTO

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı səfiri Biləsuvarda olub.

NOCOMMENT.az-ın Muğan bürosunun məlumatına görə, Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğıl Biləsuvar rayonunda pambıq yığımına qatılıb.

Bütün pambıqçı qadınlar kimi önlük geyinərək sahəyə daxil olan xanım səfir yerli pambıqçı qadınlara öz dəstəyini nümayiş etdirib.

Səfir bildirib ki, bu, onun rayona ilk səfəridir və Biləsuvarın təbiəti, kənd təsərrüfatı və pambıqçılıq ənənələri onda xoş təəssürat yaradıb:

“Bu rayona bu, mənim ilk səfərimdir. Rayonun gözəllikləri məni çox təsirləndirdi. Mən həmişə bu yer haqqında eşidirdim, buraya gəlmək mənim arzum idi və bu arzum gerçəkləşdi. Sözün düzü, ilk dəfədir ki, pambıq yığırdım. Bu, çox möhtəşəmdir və mən bunu həqiqətən çox sevdim”.

Zəkiyyə İğıl pambıqçılığın Azərbaycanın iqtisadiyyatında mühüm rol oynadığını vurğulamaqla yanaşı, bölgədə kənd təsərrüfatı texnologiyaları və suvarma sistemləri barədə də məlumat almaqda maraqlı olduqlarını qeyd edib.