ABŞ Dövlət Departamenti İsrail və Livanın Vaşinqtonun vasitəçiliyi ilə aparılan danışıqlar nəticəsində yeni atəşkəs razılaşması əldə etdiyini açıqlayıb.
NOCOMMENT.az-ın xəbərinə görə, tərəflər arasında atəşkəsin tətbiqi və gərginliyin azaldılması istiqamətində aparılan diplomatik təmaslar nəticə verib.
Bildirilib ki, atəşkəs ABŞ-nin rəhbərliyi altında aparılan danışıqların nəticəsində əldə olunub.
Qeyd edək ki, İsrail və Livan arasında atəşkəs ilk dəfə aprelin 17-də qüvvəyə minib. Daha sonra razılaşmanın müddəti mayın 17-dən etibarən 45 gün uzadılıb. Lakin atəşkəsə baxmayaraq, bölgədə qarşılıqlı ittihamlar davam edib, İsrailin hücumlarını davam etdirdiyi və hərbi əməliyyatların miqyasını genişləndirdiyi bildirilirdi. (Qafqazinfo)











