Ərdoğan: Putinlə bu məsələdə razılaşdıq

Ərdoğan: Putinlə bu məsələdə razılaşdıq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya dövlət başçısı Vladimir Putinlə taxıl məsələsində razılığa gəldiklərini açıqlayıb.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, Ərdoğan bu barədə 19-cu MÜSİAD “Expo” sərgisində çıxışı zamanı danışıb.

“Vladimir Putin taxılı pulsuz şəkildə Cibuti, Somali və Sudana göndərmək barədə təklif etdi. Həmfikir olduq, razılaşdıq. Atmalı atdığımız addım budur. Ehtiyacı olan ölkələrə taxıl pulsuz çatdırılacaq”, – deyə Türkiyə lideri əlavə edib.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya “taxıl sazişi”nin icrasını bərpa edib. Rusiya Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Moskva Ukraynadan yazılı təminat alıb – Kiyev taxıl dəhlizindən Moskvaya qarşı hərbi əməliyyatlar üçün istifadə etməyəcəyinə söz verib.