Erməni əsgər ağır xəsarət aldı

Erməni əsgər ağır xəsarət aldı

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu çavuş A.M. avtomobilin kuzovunda quraşdırılmış məişət qazı balonunun partlaması nəticəsində yanıq xəsarətləri alıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Əsgərin vəziyyəti ağır kimi qiymətləndirilir. Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.