Erməni hərbçi Şuşa yalanı ilə rüsvay oldu

Erməni hərbçi Şuşa yalanı ilə rüsvay oldu

Qarabağda Ordumuza qarşı vuruşmaqdan daha çox, vuruşduğu görüntüsünü yaratmaqla və piar aparmaqla məşğul olan “Maestro Miqran” kimi tranınan erməni güləşçi Miqran Edikoviç Arutyunyan guya Şuşanın hələ də erməni işğalçılarının nəzarəti altında olduğunu “sübut” etmək üçün paylaşdığı foto ilə özünü bir daha rüsvay edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, ötən gün gecə yarısı paylaşılan bu “gündüz çəkilmiş” və erməni mediasının ana səhifəsində hələ də qorunub saxlanan fotoda Arutyunyan “Şuşadan salam”, – deyə yazıb.

Qısa araşdırma ilə bəlli olub ki, Arutyunyanın həyasızca paylaşdığı foto Xankəndidə çəkilib. Belə ki, onun arxasındakı binanın Xankəndidə olduğu açıq-aydın görünür.

florence garden

Amma məsələ burasındadır ki, Arutyunyan 8 noyabrda heç Xankəndidə də olmayıb. Şuşada 6 noyabrda Xankəndi istiqamətində daşınan meyitlər və yaralılar haqda xarici medianın tirajladığı məqalədən sonra erməni təbliğat maşınının uğursuz çarxı Semyon Peqov guya Şuşada ermənilər üçün hər şeyin yaxşı olduğunu göstərmək üçün canfəşanlığa başlamışdı. 7 noyabrda axşam saatlarında Arutyunyanı danışdıran Peqov “Şuşada vəziyyətin yaxşı olması barədə” erməni idmançının yalanını yaymaqdan o tərəfə keçə bilmədi.

Videoda ən maraqlı məqam isə Semyon Peqovun çəkiliş apardığı yerin həqiqətən Xankəndi olmasını təsdiqləmək üçün etdiyi uğursuz cəhdlər idi. Beləliklə, 7 noyabr gecəsində Peqovun Xankəndidə olması və oradan süjet hazırlaması belə mübahisəlidir. 8 noyabrda isə Arutyunyanın Xankəndidə olması mümkün görünmür.

Qeyd edək ki, Ermənistan MN artıq bir sutkadan artıqdır Azərbaycan Ordusunun Şuşa istiqamətindən Xankəndidə yerləşən erməni qüvvələrinə zərbələr endirdiyi barədə məlumat yayır.