Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Aqşin Fatehə məxsus “By Fateh”in daha bir filialı bağlandı

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tanınmış meyxanaçı Aqşin Fatehə məxsus “By Fateh” restoranının “Azadlıq” prospektində yerləşən filialında yoxlama aparıb.

NOCOMMENT.ax xəbər verir ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Nəticədə obyektin fəaliyyəti dayandırılıb.

Xatırlatma: “By Fateh”in bundan əvvəl də başqa bir filialı müştərilərə saxta içki təqdim etdiyi üçün bağlanmışdı. Pravda.az