Erməni KİV: Ermənistanda ordu bayramı bilərəkdən qeyd olunmur

Erməni KİV: Ermənistanda ordu bayramı bilərəkdən qeyd olunmur

Ermənistan ordusunun yaradılmasının ildönümü bu yubiley ilində geniş miqyasda qeyd olunmayacaq.

NOCOMMENT yenisabah.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edir: “Dünən “Dvin” otelində baş tutmalı olan geniş miqyaslı bayram tədbiri ləğv edilib. Buna səbəb Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində olan bir sıra yüksək rütbəli məmurlara və bəzi dəvətlilərə, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan və nazir Suren Papikyanın koronavirus diaqnozu qoyulub.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyana ikinci dəfə COVID-19 diaqnozu qoyulub və özünü təcrid etdiyi məlum olub. Belə görünür ki, hakimiyyət bugünkü hadisələri sistemli şəkildə iflasa uğradıb. Bütün bunların mütəşəkkil demarş kimi qiymətləndirilməməsi üçün “Vətəndaş Müqaviləsi” yanvarın 28-30-da Dilicanda keçirilməsi nəzərdə tutulan 3 günlük toplantını da ləğv edib. Artıq Dilicana getməyə ehtiyac yoxdur, onların Ordu Günü – koronavirusla bağlı tədbirlərdə iştirakdan yayınmaq üçün kifayət qədər əsasları var”.