Erməni məmur pilləkəndən yıxılıb öldü

Erməni məmur pilləkəndən yıxılıb öldü

Ermənistanın Maliyyə Nazirliyinin inzibati binasında ölüm hadisəsi qeydə alınıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, nazirliyin 65 yaşlı aparıcı mütəxəssisi Alisa A. pilləkəndən düşərkən yıxlıb və başından zədə alıb. Məmur hadisə yerində keçinib.

Meyitə ilkin baxış zamanı hər hansı zorakılıq əlaməti aşkar olunmasa da, faktla bağlı cinayət işi açılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub.

Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi qeyd olunub.