Ermənistanın Qeqarkunik vilayətində yerləşən Basarkeçər-Zod yolu bağlanıb.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Şişqaya (Qeqamasar) kəndinin sakinləri icmaların genişləndirilməsi proqramına etiraz əlaməti olaraq yolu bağlayıblar.
Onlar Şişqayanın heç bir icmanın tərkibinə daxil edilməməsini tələb ediblər.












