“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova

ABŞ-də yaşayan journalist Qənirə Ataşova Amerikada tibb təhsili alan oğlunun Bakıda xoşagəlməz hallarla qarşılaşması ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki, jurnalist oğlunun Azərbaycana elmi təcrübə toplamaq məqsədilə gəldiyini, lakin burada yaxşı münasibət görmədiyini iddia edib:

"Oğlum Azərbaycana mübahisə yaratmaq üçün yox, öyrənmək üçün getmişdi. Amerikada tibb oxuyan, gələcəkdə beyin cərrahı olmaq istəyən bir gənc kimi Vətənində təcrübəli həkimin əməliyyatlarından elmi iş yazmaq istədi. Amma Bakıda ona dəstək olmaq əvəzinə, divan tutdular".