Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq”

Ermənilər ciddi itkilər verib: “Ölü sayı sabah açıqlanacaq”

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan ənənəvi mətbuat konfransında çıxış edib.

NOCOMMENT.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Ovannisyan təmas xəttinin bütün istiqamətlərində gərgin döyüşlərin davam etdiyini deyib.

“Bizim də itkilərimiz var. Onların sayı dəqiqləşdirilir və yalnız sabah səhər açıqlanacaq”,- deyə Ovannisyan açıqlama verib.

Ovannisyan Kəlbəcər rayonu, Talış-Madagis kəndləri və Cəbrayıl-Füzuli rayonları istiqamətində şiddətli döyüşlərin getdiyini əlavə edib.
Modern.az