Laçın şəhəri, Zabux və Sus kəndələrində ucaldılmış erməni “xaçkar”larının hamısı evakuasiya olunub.
NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu “Armenpress”ə Qarabağdakı separatçıçların nümayəndəsi Lernik Ovannisyan deyib. O, sökülüb aparılan “xaçkar”ları “erməni monumental sənət abidələri” adlandırıb.
Ümumilikdə üç yaşayış məntəqəsindən 46-ya yaxın “xaçkar” sökülüb.
Lernik Ovannisyan deyib ki, onlar erməni milli qəhrəmanlara, qondarma erməni soyqırımına və müxtəlif yaddaqalan hadisələrə həsr olunmuş xaç daşları və bəzi digər abidələrdir.
O, hazırda “xaçkar”ların harada yerləşdirilməsinin müzakirə olunduğunu da qeyd edib.
“Hazırda biz bir neçə variantı müzakirə edirik. Müvafiq təkliflər nəzərdən keçirilir”, – deyə separatçıların nümayəndəsi Xankəndi və ya Ağdərədə “xaçkarlar”ın parkını yaratmağı da düşündüklərini vurğulayıb.












