Ermənilər Müdafiə Nazirliyimizin adına saxta tvitter hesabı açılıblar

Ermənilər Müdafiə Nazirliyimizin adına saxta tvitter hesabı açılıblar

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta tvitter hesabı açılıb.

Bu barədə NOCOMMENT-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

“Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/ModAzerbaijan saxta hesabının bağlanılması üçün şikayət etməyə çağırırıq.

Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi tvitter hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz“, – deyə nazirlikdən bildirilib.