Ermənilər ruslara qarşı: Sabah Xankəndidə aksiya olacaq

Ermənilər ruslara qarşı: Sabah Xankəndidə aksiya olacaq

Ermənilər Xankədidə aksiya keçirəcəklər. 

NOCOMMENT “Hraparak”a istinadla xəbər verir ki, “Yeni Artsax” partiyasının rəhbəri Tiqran Petrosyan Laçın yolunun sülhməramlılar tərəfindən bağlanması ilə bağlı mitinq təşkil edəcəyini deyib.

“Sabah saat 15:00-da yarım saatlıq da olsa, Stepanakertin (Xankəndi) Dirçəliş meydanına gəlin və dünyaya göstərin ki, Artsaxda minlərlə insan yaşayır və o insanlar hazırda blokada altındadır. Deyirlər ki, Artsaxda adam yoxdur, nümayişlərdə iştirak etmək üçün Ermənistandan avtobuslarla insanları aparırlar. Gəlin, sabah birlikdə olaq”, – deyə Petrosyan bildirib./yenisabah