Ermənistan itkilərinin yeni sayını açıqladı

Ermənistan itkilərinin yeni sayını açıqladı

Ermənistanın İstintaq Komitəsi Qarabağda 44 günlük müharibə zamanı bu ölkə tərəfdən ölənlərin yeni sayını açıqlayıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, 2021-ci il dekabrın 24-nə olan məlumata görə, müharibə zamanı Ermənistan tərəfdən 3 808 nəfər ölüb.

Səhiyyə naziri Anait Avanesyanın sözlərinə görə, bəzi cəsədlərin şəxsiyyətini Ermənistanda təyin etmək mümkün olmayıb. Həmin cəsədlər DNT analizi üçün Niderlanda göndərilir.

İstintaq Komitəsi bu günə qədər şəxsiyyətini müəyyən etmək mümkün olmayan cəsədlərin sayını açıqlamayıb və bunun istintaq sirri olduğunu qeyd edib.