Ermənistan ordusunda daha bir kadr dəyişikliyi

Ermənistan ordusunda daha bir kadr dəyişikliyi

Aram Poqosyan Ermənistan Silahlı Qüvvələrinin Maddi-Texniki Təminat Baş İdarəsinin yeni rəisi təyin edilib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin səlahiyyətlərini icra edən Alen Simonyan qərar imzalayıb.

O da qeyd olunub ki, bundan əvvəl Silahlı Qüvvələrin maddi-texniki təminat rəisi vəzifəsini tutan Romik Markaryan attestasiyanın nəticələrinə əsasən, tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün azad edilib.