Bu gün Ermənistan Milli Məclisinin növbədənkənar iclası keçiriləcək.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Babken Tunyan deyib.
Onun sözlərinə görə, iclas Qarabağı Ermənistanla birləşdirən yeganə yolun bağlanması ilə bağlı olacaq.
“Dekabrın 12-də səhər saatlarından Azərbaycan yolu bağlayıb. Bununla əlaqədar bu gün, yəqin ki, saat 13:00-13:30-da növbədənkənar iclas keçirəcəyik”, – deyə Tunyan vurğulayıb.
Millət vəkili onu da qeyd edib ki, parlament növbədənkənar iclasında bu məsələ ilə bağlı bəyanat qəbul edəcək.












