Ermənistan parlamentinə keçən yeni deputatların adları məlum olub

Ermənistan parlamentinə keçən yeni deputatların adları məlum olub

Mqer Saakyan, Arpine Vardanyan, Arman Kazaryan və İrina Qasparyan ölkə parlamentinin Ermənistan fraksiyasından yeni deputatları olublar.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən məlumat verilib.

Dekabrın 8-də MSK-nın növbədənkənar iclası keçirilib və katib Armen Smbatyan yeni mandat almaqdan imtina edən namizədlərin siyahısını təqdim edib: Rimma Kazaryan, Ruben Melkonyan, Robert Ayrapetyan, Mariam Petrosyan, Sayat Şirinyan və David Saakyants.

Bundan əvvəl Aram Vardevanyan, Vaqe Akopyan, Ripsime Stambulyan və Yelena Kirakosyan deputat mandatlarından imtina ediblər.