Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar etdi

Ermənistan polisi Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar etdi

Hüquq-mühafizə orqanları Qarabağdan İrəvana gedən avtomobildən iki pulemyot aşkar ediblər.

“NOCOMMENT” APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə mayın 1-də saat 06:40-da ölkənin Sünik rayonunun Sisian şəhəri yaxınlığındakı magistralda baş verib.

Avtomobildə olan 3 vətəndaşdan biri saxlanılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Polis bir daha vətəndaşlara qanunsuz silah və sursat saxlamağa görə cinayət məsuliyyətinin olduğunu xatırladıb.