Ermənistan prezidentinin vəziyyəti ağırlaşıb

Ermənistan prezidentinin vəziyyəti ağırlaşıb

Ermənistan prezidenti Armen Sarkisyanın səhhətindəki vəziyyət ağırlaşıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Prezident Aparatının mətbuat xidməti açıqlayıb.

“Koronavirusun yeni növünə yoluxan və evdə müalicə alan prezident Armen Sarkisyan xəstəxanaya yerləşdirilib. Prezident Sarkisyanın yüksək hərarət və ikitərəfli pnevmoniya da daxil olmaqla, xəstəliyə xas simptomları var”, – deyə mətbuat xidməti bildirib.

Xatırladaq ki, baryram tətillərini Londonda ailəsi ilə birlikdə keçirən Ermənistan prezidenti Armen Sarkisyana yanvarın 5-də COVİD-19 diaqnozu qoyulub. Bundan başqa, onun həyat yoldaşı Nune Sarkisyanda da koronavirus aşkarlanıb.