Ermənistanda ağır yol qəzası baş verib, Mercedes markalı avtomobil dərəyə yuvarlanıb, ölən və xəsarət alanlar var.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan FHN mətbuat xidmətindən bildirilib.
Qəza Vedi-Lancar yolunun 38-ci kilometrliyində baş verib və hadisə baş verən əraziyə təcili yardım və digər qüvvələr cəlb olunublar.
Hadisə nəticəsində 2 nəfər (sürücü və sərnişin) yerindəcə dünyasını dəyişib, digər 2 nəfər isə Ararat rayon xəstəxanasına yerləşdirilib.











