Ermənistanda cəbhəyə getməkdən imtina edirlər: Həbs olunanlar var

Ermənistanda cəbhəyə getməkdən imtina edirlər: Həbs olunanlar var

Ermənistanda daha bir qalmaqallı vəziyyət yaranıb.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, ölkənin Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağın cəbhə bölgəsinə yollanmaqdan imtina ediblər. Nəticədə yüzlərlə şəxsə cinayət işi açılıb, həbs olunanlar, işgəncəyə məruz qalanlar olub.

Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Xidmətin rəhbəri vəzifəsində 4 ay işləmiş 29 yaşlı Arqişti Kərəmyanı vəzifədən azad etmişdi.

Döyüş əməliyyatları başlayandan Ermənistanın ordu sıralarında 3 minədək fərari aşkar edilib.

Cəbhə bölgəsində ard-arda itkilər verən Ermənistan artıq döyüşlərə birinci Qarabağ müharibəsinin iştirakçıları olan “qocalar”ı cəlb edir. Elit qüvvələrin imtina etdiyi döyüşlərdə qoca əsgərlərin nə cür xeyir verə biləcəyi isə sual altındadır.