Kanadanın "CBC/Radio-Canada" teleradio şirkəti Avropa Yayım İttifaqının (EBU) tamhüquqlu üzvü olub və bu, ona "Avroviziya" mahnı müsabiqəsində iştirak etmək hüququ verir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə EBU-nun mətbuat xidməti məlumat yayıb.
Yeni üzvün qəbulu ilə bağlı səsvermə iyunun 25-də EBU-nun Praqada keçirilən 96-cı baş assambleyasında baş tutub
"İndi tamhüquqlu üzv olan "CBC/Radio-Canada" EBU ilə əməkdaşlığın bütün spektrinə, o cümlədən jurnalist araşdırmaları, məlumatların yoxlanılması, rəqəmsal xəbərlər və data üzrə eksklüziv şəbəkələrə, həmçinin "Eurovision News Exchange" və "Euroradio Music Exchange" xidmətlərinə çıxış əldə edir", - deyə EBU-dan bildirilib.
Hazırda EBU-nun tərkibinə 57 ölkədən 115 təşkilat daxildir.











